English version Russian version Armenian version Azerbaijan version Georgian version Kazakh version Turkish version Turkmenian version Ukrainian version
AMERIKANIN ƏT SƏNAYESI

Kənd təsərrüfatı Birləşmiş Ştatların xalq təsərrüfatının nəhəng sahələrindən biridir və ümumi milli məhsulun üç faizindən çoxunu təşkil edir. ABŞ-da kənd təsərrüfatında işçi qüvvəsinin təqribən 17% məşğuldur, başqa sözlə hər altı iş yerindən biri bu və ya başqa dərəcədə ferma ilə bağlıdır. Kənd təsərrüfatı məhsulunun 22% ixrac edilir (bu da 37 milyard dollar edir): onun 2,6 milyard dolları ixrac olunan mal ətinin, donuz ətinin, qoyun ətinin və əlavə məhsulların qiymətidir.

Birləşmiş Ştatların Ərzaq Sənayesi hər il 427 milyard dollar miqdarında məhsul istehsal edir. Burada 12 milyon işçi məşğuldur. Texnoloji mükəmməllik və istehsalat proseslərinin yüksək səmərəliliyi Amerika fermerlərinə ucuz məhsul istehsal etməyə və təkcə öz ölkəsinin deyil, həm də müəyyən mənada bütün dünyanın tələbatını ödəməyə imkan verir. Orta amerika fermerinin istehsal etdiyi ərzaq 128 insanı yedirtməyə kifayət edər. Elə fermer məhsullarının maya dəyərinin aşağı olması və onların yüksək səmərəliliyi Birləşmiş Ştatların Ət sənayesinə bütün planetin nahar masalarına mal, donuz və qoyun ətləri göndərməyə imkan verir.

Toyuq istehsalı

Toyuq bütün mümkün olan ət məhsullarından ən geniş yayılmışıdır. Bu təəccüblü deyil, toyuq proteinlərlə, A və E vitaminlərilə zəngindir və kifayət qədər aşağı kalorilidir. Onun tərkibində yağ və xolesterin digər ət məhsullarından azdır. Birləşmiş Ştatlar hər il 14 milyon tondan artıq quş əti (toyuq, hinduşqa, ördək), 77 milyona yaxın təbii yumurta istehsal edir. İstehsalçılar onların yetişdirilməsindən çatdırılmasına qədər yüksək standartlara əməl edirlər.

Amerikanın cənub-şərqi - Delaverdən Texasa qədər ərazi toyuq yetişdirilməsi regionu hesab edilir və burada broylerlər şəxsi fermerlər tərəfindən yetişdirilir. Tərkibində yüksək protein olan buğda, soya ilə yemlənən broylerlər 7 həftə ərzində iqlim nəzarəti olan avtomatlaşdırılmış toyuq hinlərində bazar üçün münasib ölçüyə çatana qədər bəslənilir. Quşçuluq fabriklərində gündəlik əsaslı sanitar təmizlənməsi aparılır. Amerika istehsalçılarının əksəriyyəti quşçuluq fabriklərində təkmilləşdirilmiş tədqiqat laboratoriyaları yaradırlar və öz ştatlarındakı universitetlərlə və tədqiqat laboratoriyaları ilə sıx əməkdaşlıq edirlər. Bu da ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qoyulan standartlara çatmağa imkan verir.

Mal əti istehsalı

İri buynuzlu mal-qaranın yetirşdirilməsi Amerika kənd təsərrüfatının ən güclü sahələrindəndir: bir milyondan artıq ferma və ranço iri buynuzlu mal-qara yetişdirir, sürülərin baza ölçüləri 100 milyon başı ötür.

Mal əti istehsalçılarını 3 əsas kateqoriyaya bölmək olar: Əllərində sənaye sürüləri olan, mal-qaranı kökəldən, habelə damazlıq yetişdirən fermerlər və ranço sahibləri;

Maldar-operatorlar – kökəltmədən əvvəl lazımi çəkini toplamaq üçün mal-qaranı otlaqlarda saxlayanlardır;

Kökəltmə üzrə mütəxəssislər – mal-qaranın kəsilməyə göndərilənə qədər xüsusiləşdirilmiş fermalarda kökəldilməsi ilə məşğul olanlardır.

Mal əti istehsalçılarının istənilən sahələrinin iştirakçılarının fəaliyyəti son məhsulun təhlükəsizliyini və keyfiyyətini təmin etmək üçün ciddi nəzarət altında olur.

Donuz əti istehsalı

Donuz əti istehsalı Birləşmiş Ştatların iqtisadiyyatının həyat əhəmiyyətli hissəsidir. Amerika donuz əti istehsalçılarının nailiyyətləri heyvanların yetişdirilməsi və yemlənməsinin qabaqcıl texnologiyasına əsaslanır ki, bunun da nəticəsində ət məhsulları daha da yağsız olurlar.

İndi istehsal olunan donuz əti ilə 50-ci illərdə istehsal olunan donuz ətlərinin müqayisəsi göstərir ki, indi onun yağlılığı 50% azdır. Mütərəqqi seleksiya işləri, kökəltmə texnologiyasını ciddi nizamlayan qaçış-torlu xətlərin tikilməsi xarici piy qatının 40-cı illərin əvvəlində olan 7,3 sm qalınlıqdan hazırkı dövrdə 2,8 sm-ə qədər azaltmışdır. Amerikanın donuz ətlərinin ən müvəffəqiyyətli satış bazarı Yaponiya, Meksika, Kanada və Karib hövzəsi ölkələridir.

Qoyun əti istehsalı

Birləşmiş Ştatlarda cavan və yaşlı heyvanlardan qoyun əti istehsalı ilə 100 mindən artıq insan məşğul olur. Əmtəə sürüsündə 10 milyon başa qədər heyvan vardır, illik istehsal isə 151,36 milyon kiloqrammı ötür. Amerikanın qoyun ətlərinin ən inkişaf etmiş bazarı Kanada və Meksikadır.

Birləşmiş Ştatlarda fəaliyyət göstərən ət sənayesinə aid qaydaların və göstərişlərin işlənməsi Kənd Təsərrüfat Nazirliyinin (USDA) öhdəsinə düşür. USDA ətin keyfiyyətinə nəzarət sisteminə, həmçinin ət idxalı ilə əlaqəsi olan bütün emal müəssisələrinin sertifikatlaşdırılmasına və həmçinin qiymətləndirilməsinə nəzarəti həyata keçirir.

MƏHSULLAR

Quş əti və ondan hazırlanan məmulatlar
(qril üçün toyuqlar, toyuq və hinduşka budları və qanadları, toyuq və hinduşka yarımfabrikatları)

Mal əti və ondan hazırlanan məmulatlar
(malın bütöv və doğranmış qara ciyəri, mal ürəyi, mal ətindən yarımfabrikatlar)

Donuz əti və ondan hazırlanan məmulatlar
(donuzun qara ciyəri, «piknik» əti, donuz yarımfabrikatları)

Lamb
(shoulder, rib, loin, leg)

SJS USA, INC.
U.S. Headquarters
311 North Robertson Blvd., Suite 800, Beverly Hills, California 90211 U.S.A.

E-Voice: +1.323.395.0770
E-Fax: +1.323.395.0707