English version Russian version Armenian version Azerbaijan version Georgian version Kazakh version Turkish version Turkmenian version Ukrainian version
KOMPANIYA BARƏDƏ

SJS USA Inc. - baş qərargahı ABŞ-ın Kaliforniya ştatında, Los-Anceles şəhərində yerləşən Amerika korporasiyasıdır. Korporasiyanın əsas fəaliyyət istiqaməti – istər sənaye emalı üçün və istərsə də əhaliyə pərakəndə satış üçün geniş çeşidli ərzaq məhsullarının istehsalı və ixracıdır. 12 ildən çoxdur ki, SJS USA, Inc. ərzaq mallarının Rusiya, Baltika və MDB ölkələri bazarlarına göndərilməsində ixtisaslaşmışdır.

Keyfiyyətə nəzarət, məhsulların tez göndərilməsi, ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin tələblərinə və idxal edən ölkələrin dövlət orqanlarının qərarlarının tələblərinə ciddi əməl etmək korporasiyanın birinci növbəli vəzifəsidir. Korporasiyanın istehsal etdiyi və ixrac etdiyi məhsulların hamısına lazımi baytarlıq və bitki-sanitariya sertifikatları, mənşə və keyfiyyət sertifikatları verilir ki, bu da partnyorlarımızın yüklərin baytarlıq və gömrük təmizləməsinin tez yerinə yetirilməsini təmin edir.

Bizim ABŞ-dakı rus dilində danışan heyət və yerlərdəki nümayəndələrimiz həmişə sifarişçilərimizin xidmətindədirlər.

SJS USA, Inc. ABŞ-ın ixrac kreditlərin zəmanəti üzrə GSM-102/103 federal proqramın qeydiyyatdan keçmiş iştirakçısıdır.

SJS USA, Inc. hər ay Rusiyaya Sankt-Peterburq şəhərinin portu vasitəsilə və Zaqafqaziya ölkələrinə Poti şəhərinin portu vasitəsilə hər rüb dərin dondurulmuş aşağıdakı ərzaq məhsulların əsas qruplarını göndərir:

Quş əti və ondan hazırlanan məmulatlar
(qril üçün toyuqlar, toyuq və hinduşka budları və qanadları, toyuq və hinduşka yarımfabrikatları)

Mal əti və ondan hazırlanan məmulatlar
(malın bütöv və doğranmış qara ciyəri, mal ürəyi, mal ətindən yarımfabrikatlar)

Donuz əti və ondan hazırlanan məmulatlar
(donuzun qara ciyəri, «piknik» əti, donuz yarımfabrikatları)

Ət məmulatları
(sosiska, kolbasa, sardelka, vetçina və s.)

Sənaye emalı üçün ət məhsulları
(əti sümükdən mexaniki ayırmaqla quş əti, toyuq ciyəri, quş içalatı, skeleti və s.)

Balıq və dəniz məhsulları
(siyənək, qızıl balıq, xek, skumbriya, stavrida, treska və s.)

Bizim müştərilərin fərdi sifarişlərinə əsasən yumurta, pendirlər, bitki və kərə yağı,
o cümlədən şəkər tozundan ibarət başqa qrup ərzaq malları da formalaşdırırıq.

SJS USA, Inc. geniş çeşidli və yüksək keyfiyyətli malları olan, bazarı bilən və rəqabətədavamlı qiymət qoyan, etibarlı və vaxtında mal göndərməsinə zəmanət verən kompaniyadır.

Biz sizi və sizin təmsil etdiyiniz kompaniyanı birbaşa, uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığa dəvət etmək imkanına şadıq.

MƏHSULLAR

Quş əti və ondan hazırlanan məmulatlar
(qril üçün toyuqlar, toyuq və hinduşka budları və qanadları, toyuq və hinduşka yarımfabrikatları)

Mal əti və ondan hazırlanan məmulatlar
(malın bütöv və doğranmış qara ciyəri, mal ürəyi, mal ətindən yarımfabrikatlar)

Donuz əti və ondan hazırlanan məmulatlar
(donuzun qara ciyəri, «piknik» əti, donuz yarımfabrikatları)

Ət məmulatları
(sosiska, kolbasa, sardelka, vetçina və s.)

Sənaye emalı üçün ət məhsulları
(əti sümükdən mexaniki ayırmaqla quş əti, toyuq ciyəri, quş içalatı, skeleti və s.)

Balıq və dəniz məhsulları
(siyənək, qızıl balıq, xek, skumbriya, stavrida, treska və s.)

SJS USA, INC.
U.S. Headquarters
311 North Robertson Blvd., Suite 800, Beverly Hills, California 90211 U.S.A.

E-Voice: +1.323.395.0770
E-Fax: +1.323.395.0707