English version Russian version Armenian version Azerbaijan version Georgian version Kazakh version Turkish version Turkmenian version Ukrainian version
Glossary

ASİYA ÜSLUBU  (ASIAN STYLE) - Bu ənənəvi Asiya Üslubu ilə ifadə olunan məntəqədir, çox vaxt ördək balalarına aid olur, adətən bu heyvanın baş və ayağına toxunulmadan bütövlükdə  tam işlənmiş karkasıdır.  

QOYUN ƏTİ (MUTTON) - Fiziki cəhətdən yetkin qoyun cəmdəyinin ətidir. Adətən bu o deməkdir ki, heyvan kəsilmə anma qədər 24 aylığa gəlib çatmışdır.

BARBEKYU (ŞİŞDƏ QIZARTMA) (BARBECUE) - Ətin qril, şiş və yanan kömürün üstündə yavaş-yavaş qızardılması. Bir qayda olaraq, bu açıq havada üstünə ət sousu tökməklə keçirilir. Adətən barbekyu üçün daha yumşaq hissələr istifadə olunur, ya da ət əvvəlcədən marinadlaşdırılır. İstilik mənbəyi ərzağın altında yerləşir.

AĞ ƏT (WHITE MEAT)  - Hind toyuğunun və toyuğun döş, qanad və kürək əti. Dəri bura daxil edilmir.

DÖŞÜTİLSİZ (RATITE) yastı döş sümüyü olan, uçmayan böyük quş. Döşütilsizlər dəvəquşu, emu və nandulardır. Bu quşlar ABŞ-da ev heyvanı kimi çoxaldıldığına və emal olunduğuna görə onlar ABŞ Kənd Təsərrufatı Nazirliyi tərəfindən ev heyvanları kimi qeydə alınırlar.

YUVARLANMAQ ÜÇÜN BROYLERLƏR (BROILERS FOR DEBONING) -   Naqqets, cücə, can əti və digər bu kimi sümüksüz  ət ilə unlanıb- yuvarlanmış 5-6 futluq emala hazır cücələr.

VAKUUM QABLAŞDIRMA (VACUUM PACKED) - Ətin laminir plastik torbalara yerləşdirilməsi, dərin vakuum şəraitində oradan havanın çıxardılması və torbanın möhürlənməsi prosesi. Vakuum qablaşdırma ətin saxlanma müddətini artırır, bu da onun xaricə daşınmasını həyata keçirməyə imkan yaradır və soyuducuda daha uzun müddətdə saxlanmasını təmin edir.

VAKUUM  YETİŞMƏ (VACUUM AGING)  - Vakuum qablara yerləşən soyudulmuş ətin öz suyunda (qanında) yetişməsi, bu  proses həm də «nəm yetişmə»  adlanır.

BİŞİRMƏ (BOIL) – Ətin suda və digər mayedə hazırlanma (bişirilmə) prosesi, bu zaman buxar qabarcıqlar aramsız yuxarı qalxır. Bişirmə nəmlikdən istifadə etməklə baş verən qızğın prosesdir və ,bir qayda olaraq, ətin daha bərk hissələrinin hazırlanması üçün istifadə olunur.

BRUTTO ÇƏKİSİ (GROSS WEIGHT) -  Ərzağın çəkisi onların qablaşdırılması və konteyner və uyğun gələn bütün material (üzləmə, sarğı və s.) daxil olmaqla bütün qablaşma materialına aiddir.

VETÇİNA (N A M) - Ədviyyat və konservantlarla emal edilmiş donuz budu və ya emal edilmiş və hisə verilmiş (qaxac edilmiş) həmin ət .Kulinariya emalına məruz qalmayan vetçina təzə bud adlanır.

VOQ (WOG) – İçalatsız və boğazsız satılan broylerə verilən termindir.

BİŞİRİLMƏ (BAKE)  – Quru odun üstündə hazırlanma. Əgər bu ətə aiddirsə, rostinq (qızartma) adlanır.

CAN ƏTİ (TENDERLOIN) Döş sümüyünə paralel, bilavasitə qabırğa qəfəsinə yapışan daxili döş əzələsi.

GÖYƏRÇİN (PIGEON) - 3-4 həftəlik göyərçin. Ərzaq sənayesində tətbiq üçün hazır deyil. Əti sərtdir, dərisi isə qabadır.

GÖYƏRÇİN (PIGEON) - 3-4 həftəlik göyərçin. Ərzaq sənayesində tətbiq üçün hazır deyil. Əti sərtdir, dərisi isə qabadır.

BİŞİRİLMƏYƏ HAZIR OLANLAR (READY – TO - SOOK (RTC))   – Bişirilməyə hazır olan bütöv karkaslar və ya hissələr.

PİPİK (COMB)   – Xoruzun başında olan dişli formalı ətli və ya qığırdağa bənzər sonluq.

PİPİKCİK (SNUDE) – Hind toyuğunun başında olan ,dişli formasını  dəyişən ətli və ya qığırdaq çıxıntı.

SÜMÜKSÜZ DÖŞ ƏTİ (BONED BREASTS)  -  Bəzən kotlet kimi düzəldilir. Yüz faizli yeməyə yararlı açıq rəngli ətdir. Böyük həcmli döş əti dərili və dərisiz ola bilər, adətən kotletlər dərisiz satılır.

VƏHŞİ ÖRDƏYİ (WILD DUCK)   - Yaşılbaş ördək, həmçinin, Uzundimdik Qırmızıbaş Dalğıc, Cürə, Çöl ördəyi və s. Vəhşi ördək də quşların Köçməsinin Beynəlxalq müqaviləsinə görə qanunla mühafizə olunur.

VƏHŞİ QAZ (WILD GOOSE)  - Digərləri , məsələn, Kanada qazı kimi, vəhşi qaz quşların Köçməsinin Beynəlxalq müqaviləsinə görə qanunla mühafizə olunur.

QIZARTMA (FRY)  - Ətin heyvan və ya bitki yağında hazırlanması. (Qapaqsız tavada az miqdarda yağ və ətdən çıxan artıq yağı qatmaqla adi qızartma həm də ingilis sayağı Panbroilinq adlanır. Az miqdarda yağ istifadə edərək qızartma eyni zamanda  Panfryinq adlanır. Ərzağın tamamilə qaynar yağa salınmaqla qızardılması, yəni frityürdə hazırlanması Deer – Fat Fryinq adlanır).

AÇIQ ODDA QIZARTMA (BROIL)  - İstiliyin «Barbekyu» məqaləsində təsvir olunduğu kimi  ərzağa birbaşa çatması ilə hazırlamaq; lakin bu zaman qızdırıcıda üst qızdırıcı elementdə istifadə olduğu kimi istilik ərzağın üzərində olacaq.

DİRİ ÇƏKİ (LIVE WEIGHT)  - Quşun diri çəkisi.

MAYELİ YUMŞALTMA  (LIQUID TENDERIZATION) - Cəmdəyin ətli hissələrinin yumşaldılması üçün hər hansı maye enzimdən istifadə edilməsi. İstifadə olunan mayelərdən nümunələr: papain, limon turşusu və digər aşağıturşuluqlu şirələr.

ARXA ŞAQQA (HINDSADDLE) – Qoyun və ya dananın dörd yerə bölünməmiş arxa şaqqası.   

ARXA ŞAQQANIN YARISI (HINDQUARTER)  –  Can əti, qasıq, bud və büzdüm daxil olmaqla mal cəmdəyinin yarısının arxa hissəsi. Bura həmçinin 13-cüdən başlayaraq qabırğa hissə də aid edilir.

DONDURULMUŞ (FROZEN)  - Aşağı temperaturda emal edilərək dondurulan ət.

İSTİ HALDA DONDURMA (FREEZER BURN)  - Dondurulmuş ətdə nəmliyi itirməklə və oksidləşdirmə ilə rəngi dəyişmək.

BİŞİRMƏ (BAKE)  -  Quru istidən (məsələn, qızdırıcıda) istifadə etməklə hazırlama prosesi. Ət üçün onu qızartma da adlandırır və daha zərif hissələrdən istifadə edirlər. Proses müddətində su əlavə olunmur.

XIRDALAMA (COMMINUTED) - Ət maşınından keçirmək, döymək (xırdalamaq) və kubik halında doğramaqla əti xırda hissələrə bölmək.

FƏRDİ CƏLD DONDURMA (IQF)  – Emal olunan kimi çox aşağı temperaturda ani dondurulan ət tikələri.

İNKUBATOR  (HATCHERY) -  Cücə çıxması üçün yumurta dolu böyük inkubatorların yerləşdiyi qurğu.

İNYEKSİYALANMIŞ (INJECTED)  -  Əzələyə inyeksiya vasitəsi ilə daxil etməklə və əti yuvarlamaqla xüsusi maddələrin vasitəsi ilə marinadlaşmış, yaxud hopdurulmuş ət tikələri. Həm də «doldurulmuş» adlana bilər.

ALINDIĞI KİMİ  (AS-PURCHASED (A.R.)) -  Əşyanın tədarükçüdən əldə edilən və alınan şərti və qiyməti.

QƏBUL OLUNDUĞU KİMİ  (AS-SERVED (A.S.)) -  Emal olunduqdan və hazırlandıqdan sonra satılan və ya qəbul olunan yeyinti məhsulunun çəkisi və ölçüsü.

AXTALANMIŞ XORUZ (CAPON) – Bişirilməyə hazır olan 6 futdan 10 futa qədər axtalanmış broyler xoruzları.

KABAB (KABOB)  – Sümüksüz ət tikələri marinadlaşdarılır, şişlərə keçirilib bişirilir. Müxtəlif hazırlanma üsulları ondan ibarətdir ki, tərəvəz əlavə olunur şişdəki əti  cürbəcür növlərlə əvəz etmək olar.

QAYNATMA (BOIL)  – Qabarcıqlar əmələ gələrək üstə çıxanda və kənarlara (qabın) dəyəndə hazırlama.

HİSƏ VERMƏ  (SMOKED) - Kömürün quru hisinin (tüstüsünün) ət hissələrinə təsiri ilə hazırlama prosesi. Bunun üçün oduncağı möhkəm olan ağaclardan istifadə olunur, ya da ət xaricdən hislə emal edilir. Hisə verilmiş ərzaq gözəl dada malikdir və saxlama müddəti çox olur. Adətən hisə vermədən kolbasa, həmçinin ədviyyat və konservantlar əlavə olunan digər ərzaq məhsullarının sənayesində istifadə olunur.

KORNUEL TOYUQLARI (CORNISH GAME HENS) -  14-22  unciya çəkisi olan bişirilməyə hazır toyuqlardır, bəzən onları həm də Rock Cornish Hen adlandırırlar.

İLİK (MARROW)  – Heyvanın sümüyünün içində olan      yağabənzər yeməyə yararlı maddə.

KOŞER  (KOSHER)  – Yəhudi ənənələrinə uyğun emal edilmiş ət və ət məhsulları ilə satış  və ya sifariş üzrə xidmət göstəlirməsi. Bu termin Ravvinat nəzarətində kəsilmiş heyvanlara aiddir.

BAFFALO QANADLARI (BUFFALO WINGS) – Mavi pendirlə bəzədilmiş, möhkəm qızardılmış qaynar souslu cücə qanadları. Qanadları çiyindən ayıraraq və üclarını kəsərək hazırlayırlar.

TOYUQ PƏNCƏLƏRİ   (CHICKEN PAWS)  -  Doğranandan sonra qalmış toyuq ayaqlarının aşağı hissələri (xoruz şporundan bir az aşağı).

TOYUQ (HEN)  - Bir çox quşların yaşlı dişi cinsi.

TOYUQ  DAMI (GROW-OUT HOUSE)  – Broyler və hind toyuqlarının inkubasiyası və bəslənməsi üçün tikili.

LONQ – AYLEND ÖRDƏK BALASI (LONG ISLAND DUCKLING) - Əvvəllər Birləşmiş Ştatlarda ördək sənayesi Lonq – Aylenddə yerləşirdi, istehsal olunan bütün ördək balaları Lonq – Aylendli sayılırdılar. Onlar Çindən idxal olunmuş ağ Pekin ördəyi cinsindən alınmışdılar. Nyu-Yorkda, Lonq-Aylenddə bəslənildiyinə görə bu ördək balalarının coğrafi mənşəyi Lonq-Aylenə aid edilir. Bu gün ağ Pekin ördək balaları əsasən ölkənin Orta Qərbində, Qərb regionlarında bəslədilir və bəzən Lonq-Aylend stilində ördək balaları adlana bilir.

MARİNADLAŞDIRMAQ (TURŞUYA QOYMAQ) (MARINATE) – Ətin zərifliyini və dadını artırmaq məqsədilə onun maye substansiyada  (cövhərdə) isladılması prosesi. Marinad bitki yağı və ya su ilə hazırlana bilər və adətən tərkibində turşu və ədviyyatlar olur.

MEDALYONLAR (MEDALLlONS)  -  Nazik kəsilmiş yüksək keyfiyyətli kiçik ət tikələri. Adətən bu termin mal, dana, donuz və ya qoyunun can əti tikələrinə aid edilir.

FƏRƏ  (PULLET)  Təzə yumurta qoymağa başlayan dişi cücə.

CAVAN ƏTLİK CÜCƏLƏR (YOUNG MEAT CHICKENS) - Baxmayaraq ki, broylerlərə aiddir, bu kateqoriyaya cavan roster – broylerlər (bu kateqoriyadan olan cavan cücələrin 90 faizi) daxildir.

ABŞ  KTN, A səviyyəsi  (USDA GRADE A) – ABŞ  Kənd Təsərrüfatı Nazirliyi nümayəndələrinin yolamasından keçən və keyfiyyətə, ölçü və vizual meyarlara görə yüksək stardartlara cavab verən cücə və hind toyuqlarına tətbiq edilən simvol.

CAVAN ROSTER ƏTİ (YOUNG ROASTER CHICKEN) -  6 funtdan 8 funta qədər çəkisi olan, kulinariya emalına hazır olan, ərzaq mağazalarında həm çiy, həm də donduruqmuş halda satılan broyler.

SONRAKI YENİDƏN EMAL ÜÇÜN QUŞ ƏTİ (FURTHER-PROCESSEO POULTRY PRODUCTS)  - Bişirməyə, hisə verməyə, doğranmağa, yuvarlanmağa, qurutmağa və forma, xarici görünüşü, teksturanı dəyişmək və ya keyfiyyəti yüksəltmək üçün hər hansı bir prosesə hazırlanan quş ətindən məhsul. Gələcək emal ərzaqlarına naqqetslər, kotletlər, xot-doqlar, piroqlar və yüzlərlə başqa məhsullar daxildir.

DOĞRANMIŞ VƏ FORMALAŞDIRIQMIŞ (CHUNKED AND FORMED) - Bu termin kiçik ət tikələrinin (təqribən 2,54 sm ²) birləşməsi və formalaşması prosesidir. Nəticədə istənilən formada daha böyük ət məhsulu alınır. Bu prosesdən əsasən ucuz vetçina və qızartma üçün ət hazırlanmasında istifadə olunur və ətin təbii yapışma qabiliyyətinə əsaslanır, bunun nəticəsində də kiçik tikələr bir-birinnə möhkəm yapışır. Bəzi hallarda duz, su və yapışma fəallaşdırıcıları əlavə olunur.

SUXARIDA YUVARLAMAQ (BREADED) – 30 faiz yeməli maddələrlə, adətən un və suxarı unu ilə yuvarlanmış məhsul. Unlamanın dadını artırmaq üçün məhsul əvvəl yağa batırıla bilər.

QIZDIRILMIŞ YAĞDA YUVARLAMA VƏ YA QABAQCADAN HAZIRLAMA (BREADED AND PRE-BROWNED (BREADING SET IN NOT OIL))   – Qabaqcadan qaynar yağda emal olunmuş, hələ hazır olmayan yuvarlanmış məhsul «istifadəyə hazırdır» statusu  və ya məhsulun hazır olmadığını bildirmək ya da qablaşdırmanın üstündə hazırlanması haqqında təlimatı göstərmək üçün başqa buna bənzər termin alır.

QOVURMA (PANFRY) - Az miqdarda yağda hazırlama.

EMAL ETMƏ (CURED) – Ətin konservləşdirilməsi, yəni duzlama, hisə vermə, qurutma və ya saxlanması prosesi.

ORTOOFOSFAT NATRİUM (TSP) -  Quşda olan zərərli maddələrin yağsızlaşdırıqması üçün istifadə olunan maddə.

SOYULUB TƏMİZLƏMƏ (DRESSED)  -  Satışa hazırlanan, təmizlənən, yonulan və içalatı çıxarılmış quş əti. Həm də «bişirilməyə hazır» adlanır (RTC – ready – to - cook).

ƏZMƏ KOTLET, QUŞ  (CUTLET, POULTRY)  -  Kotlet həm bütöv bir əzələdən hissələrə doğranmış, həm də hazır ola bilər. Belə hallarda kotletin üstündəki nişan məhsulu, yəni quş kotletini doğranmış və formalaşdırılmış kotleti dəqiq təsvir etməlidir.

OTEL, RESTORAN VƏ TƏŞKİLATLAR (HRI) - Ərzaq sənayesi üçün sinonim kimi istifadə olunur.

SUXARIDA YUVARLAMA (BREADED)  – Yeməli substansiyalarla, adətən ətin çəkisindən 30% az olan un və ya xırdalanmış suxarı ilə örtülmüş məhsul. Yuvarlamadan əvvəl məhsul qırıntıların ətə yapışması üçün maye yağa salınır.

QAZIN QARA CİYƏRİNDƏN PAŞTET (FOIE GRAS)  – Kökəldilmiş ev quşlarının, çox zaman qaz və ördəyin qara ciyəri.

ÖN ŞAQQA (FOREQUARTER) - Yarıya bölünmüş mal cəmdəyinin kürək, döş, bel hissələrinin,  sinə ilə çənənin və qabaq ayağın daxil olduğu ön yarısı. Ön şaqqanı 1-cidən 12-ciyədək qabırğalar aiddir.

ÖN HİSSƏ (FORESADDLE) – Qoyun və ya dana cəmdəyinin dördə bölünməmiş ön yarısı.

QIZARTMA ZAMANI QARIŞDIRMA (STIR FRY)  -  Güclü odda az miqdarda yağda adətən qabarıq altlıqlı qazanda xırda ət tikələrinin hazırlanması üsulu. Ət müntəzəm qarışdırıb və az  zaman ərzində hazır olur.

LƏLƏK (FEATHER) – Quşun bütün bədənini örtən cod strukturlu örtük. Emalın birinci mərhələsində o, cəmdəyin üst qatından qopardılır.

XORUZ (COCK) -  «Xoruz» adlanan erkək cinsli toyuq. Adətən ətin ilkin emalı müəssisələrində istifadə olunduğundan nə bütöv quş, nə də onun ayrı-ayrı hissələrinin əldə olunması asan deyil.

XORUZ (ROOSTER)  -  Cocka bax.

NYU-YORKSAYAĞI (NEW YORK-DRESSED)  - Qanı və lələkləri çıxardılmış quş.  Hind toyuğuna aid deyil.

QOVURMA ZAMANI ƏT ÜÇÜN XÖRƏK ŞİRƏSİ (BASTE)  - Rayihə əlavə etmək və ətin quruluğunun qarşısını almaq üçün bişirmə zamanı maye vasitəsilə ətin nəmləndirilməsi.

QIZARTMAQ (SEAR)  – Hazırlanmanın ilk mərhələsində qısamüddətli intensiv təsiri ilə ətə qəhvəyi təhər çalar vermək. Qızartmada məqsəd – ətin tərkibində olan şirəni əzələnin xarici hüceyrələrini denaturatlaşdırılma üsulu ilə «bağlamaq».

İÇALAT (GIBLETS)  -  Quş karkasının qara ciyəri, ürəyi və ikinci mədəsi. Boyunun da tez-tez onlarla qablaşdarılmasına baxmayaraq, o, içalat deyil.

İÇALATIN TƏMİZLƏNMƏSİ (EVISCERATION)  -  Daxili orqanların çaxarılması prosesi.

İÇALATI ÇIXARILMIŞ ƏTLİ CÜCƏ (BROILERS)  - Ət məhsulları üçün bəslədilmiş cavan cücə. Broyler və frayer terminləri eynimənalıdır.

MƏHSULUN KEYFİYYƏTİNİN YOXLANMASI PROQRAMMI (NASSR (PRONOUNCED HASSUP)) - Kritik vəziyyətin və problemlərin müəyyənləşdirildiyi və lazımi təhlükəsizlik tədbirləri görüldüyü sistem.

SATIŞ ÇƏKİSİ (MARKET WEIGHT) - Toyuğun emal olunduqdan (yonulma, içalatı çıxarılma və təmizləmə)  sonrakı çəkisi. Bu həm də Ətlik çəki və ya Hazır çəki adlana bilər.

PROTEİN (PROTEIN ) -  İnsan orqanizminin böyüməsi və inkişafı üçün lazım olan qidalı komponent. Tərkibində toxumaların düzülüşü, qorunması və bərpası üçün lazım olan, həmçinin orqanizmin infeksiyaya və xəstəliklərə qarşı müdafiə mexanizmini  gücləndirən şəkikiz əvəzolunmaz amin turşuları proporsiyaları  olduğuna görə heyvan mənşəli qida məhsulları  yüksək keyfiyyətli proteinlə dolu  ən yaxşı mənbədir.

ƏTİN BÖLÜNMƏSİ PROSESİ (MSP)  -  Quşun mexaniki bölünməsi. Bu əzələ toxumalarının sümükdən və karkasdan və yaxud quşun hissələrinin karkasdan mexaniki ayrılmasına gətirib çıxaran quşun və qida məhsullarının ilkin materiallarına aiddir. MSR etiketində cücə və ya hind toyuğunun Mexaniki bölünməsi kimi işarə olunmalıdır.

PUSSİN  (POUSSIN ) - Taxıl dəni ilə böyümüş kiçik cücə.

SALMONELLA (SALMONELLA)  - Salmonella 2000-dən çox say qrupuna tətbiq edilən termindir, tipinə görə təbii bakteriyaya yaxın yerləşib, praktik olaraq mühitin hər tərəfinə yayılıb.

SANİTAR VƏZİYYƏTİ (WHOLESOMENESS)  - Patoqen mikrorqanizmlərdən və digər zərərli bakterilardan təmizlənmələrə aiddir. Bu heyvanların sağlamlığı və lazımi sanitar şəraiti, yükləmə və saxlama məsələləri ilə diktə olunur.

TQMNX (FSIS) -  Təhlükəsizlik  və qida məhsulları üzrə nəzarət xidməti.

TƏZƏ (FRESH)  -  Bu anlayış dondurulmamış, konservantlarla və ədviyyatlarla emal edilməmiş yaxud hisə verilməmiş ətə aiddir.

SƏRBƏST KÖKƏLTMƏ (FREE RANGE)   - Fermada hində deyil böyük sahəli yerlərdə sərbəst gəzərək böyümək imkanı olan toyuq və hind toyuqları. Adətən o qədər də böyük olmayan sürünün bir hissəsi olan bu cür böyüyən toyuqlar adi taxıl məhsulları və ya qaba yemlə qidalana bilər.

BİRLƏŞDİRİCİ MADDƏLƏR (BINDERS) - Məhsulun stabilləşməsi , möhkəmlənməsi, teksturası və formanın dəyişməsi üçün istifadəyə yararlı təsdil edilmiş substansiyalardır.

FORMALAŞDIRILMIŞ, PRESLƏNMİŞ, DÖYƏCLƏNMİŞ (FORMED, MOLDED, PRESSED) -  Ət rollu, bulka və s. hazırlanması üçün formalaşdırıla, preslənə, döyəclənə bilən doğranmış bud əti və  quş tikələri.

TÜND ƏT (DARK MEAT)  - Ayaq,bud, emal olunmuş bud əti , toyuq və hind toyuğunun emal olunmuş tünd əti.

CƏMDƏK (CARCASS)  -  Soyulub  təmizlənmiş və hazırlanmış heyvan əti. Mal və donuz cəmdəkləri. Bel sütunü boyunca doğranaraq iki yarımcəmdəyə bölünür. Qoyun cəmdəyi bütöv qalır. Bazara cəmdək başsız və dərisiz (sonuncu donuz ətinə aid deyil), daxili orqanlarsız daxil olur.

ƏTİN PÖRTLƏDİLMƏSİ (BRAISE) – Əlvəlcədən az miqdarda maye əlavə edilməklə qapağı örtülü qabra yavaş-yavaş hazırlanması ilə başa çatan ətin emalı. Pörtlədilmə isti  nəm üsuldur, adətən daha sərt hissələrin emalı üçün istifadə olunur.

ÖRDƏK PRESSİ (DUCK PRESS)  -  Quşlardan bütün mayeni (suyunu) çıxarmaq üçün istifadə olunan aşpazlıq aləti.

FİLE/CAN ƏTİ (FILET/FILLET) – Eyni ölçülü, çəkili və formalı qızartma (bifşteks) üçün yastı porsiyalarla sümüksüz ət tikələri. Alıcının göstərişi ilə onlar mexaniki üsulla yumşaldıla bilər.

FRAYER (FRYER) – Kəsilmə üçün bəslədilən cavan cücə. Termin adətən broylerlə əvəz oluna bilir.

HALAL VƏ ZƏBİƏH HALAL (HALAL AND ZABIAH HALAL)  – İslam adətləri üzrə emal olunmuş ət və ət məhsullarının satışı və ya sifarişlə xidməti.

SELLOFAN ÖRTÜK (SHRINK WRAP) – Ətin və ya karton qabın formasını möhkəm örtən plastik özüyapışan material.

Bütöv cücə (WHOLE CHICKEN) – İçalatı və əti ilə birlikdə emala hazır olan kəsilməmiş cücə.

HİSSƏLƏR (PARTS) - Bişirilməyə hazır toyuq ayağları (bud və baldır), döş əti və yaxud qanadlar.

CINAĞIN (DÖŞ SÜMÜYÜNÜN) HİSSƏLƏRİ (WISHBONE PORTION (PULLEY BONES)) – Döş sümüyü hissələri, boyun dərisindən başqa, əzələ və dəri ilə örtülü blok sümüyündən ibarətdir. Bir porsiya istənilən bütöv döş ətindən istehsal oluna bilər. Porsiyaya cınağın qurtaracağı daxil ola bilər, bölünmə isə cınağın çiyinlə birləşdiyi yerə qədər qismən cınaq və onurğanını arasındakı xətt boyunca gedir.

YAPON KƏKLİYİ (JAPANESE QUAIL) – Məhsuldar kəklik növü.

SJS USA, INC.
U.S. Headquarters
311 North Robertson Blvd., Suite 800, Beverly Hills, California 90211 U.S.A.

E-Voice: +1.323.395.0770
E-Fax: +1.323.395.0707